Klip

İran necə müharibə qaydalarını yenidən yazdı

Bu müharibə ilk andan etibarən bir illüziya üzərində başladı.

Trampın zehnində 2026-nın əvvəllərində İran yaralı, yorğun və çökməyə hazır bir ölkə idi. Belə bir ölkəyə vaxtında əsaslı şəkildə zərbə endirilsə, işi birdəfəlik yekunlaşdırmaq olardı. Buna görə 28 fevral hücumu yalnız hərbi əməliyyat deyildi, bu, onun üçün ən böyük siyasi və təhlükəsizlik qumarı idi. Hesablama sadə idi: şok, terror, bombardman, çöküş. Vaşinqtonun illər boyu bu formulla ölkələri qorxutduğu, diz çökdürdüyü və sonra qələbəni elan etdiyi formuldur. Amma bu dəfə müharibə Pentaqonun istədiyi kimi getmədi. Müharibə qısa sürmədi, İran çökmədi və o sürətli döyüş çox tez təxminən altı həftəlik aşındırıcı və yorucu bir müharibəyə çevrildi ki, nəticədə ABŞ və İsrail rejimi öz məqsədlərinə çatmadıqlarını, İranın isə onlara yeni geosiyasi reallıqlar diktə etdiyini gördü və müharibəni dayandırmağa məcbur oldu.

İndi sual budur: Amerika kiçik bir qüvvə ilə hökumətləri diz çökdürə bilirdisə, görünüşcə Amerikaya nisbətən çox zəif görünən İran müharibənin gedişatını necə öz xeyrinə dəyişə bildi?

21/05/2026

icon cover video